Şirvanda vətəndaşa məxsus ev yanıb
Şirvan şəhərində yanğın hadisəsi baş verib.
Hadisə Şirvan şəhəri, Çilpaqlı qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Əlihüseyn qızına məxsus ümumi sahəsi 280 kvadratmetr olan, ikimərtəbəli, 6 otaqlı evin birinci mərtəbəsində 3 otağın, mətbəxin və dəhlizin yanar konstruksiyaları 140 kv.m sahədə, ikinci mərtəbədə bir otağın yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.
Yanğının söndürülməsinə FHN Şirvan Yanğından Mühafizə xidmətinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı Yanğına Nəzarət Xidməti araşdırma aparır.
Mediainfo.az
Digər xəbərlər























.jpg)














.jpg)
.jpg)
.jpg)






















































