Qurban bayramında əfv gözlənilir…

Qurban bayramında əfv gözlənilir…

8 Sentyabr 2015 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Qurban bayramı ərəfəsində prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.

Məsələ barədə "Qafqazinfo" ya açıqlama verən hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib ki, sərəncamını verilməsini onlar da gözləyirlər: "Sadəcə, bilirsiniz ki, bu məsələ ölkə prezidentinin səlahiyyətinə daxil olan məsələdir. Biz də ümid edirik ki, Qurban bayramında növbəti əfv sərəncamı imzalanacaq və İşçi Qrupu tərəfindən təqdim edilmiş siyahıda olan şəxslər azadlığa çıxacaq. Qeyd edim ki, Əfv Məsələləri üzrə Dövlət Komissiyasının bu istiqamətdə iclasları hələ ki başlamayıb.".

Xatırladaq ki, sonuncu dəfə əfv sərəncamı Novruz bayramı ərəfəsində verilib. Sərəncama əsasən məhkum edilmiş 90 nəfər azadlığa buraxılıb.

Mediainfo.az