DİN polis postu yaxınlığında baş vermiş qətllə bağlı məlumat yayıb

DİN polis postu yaxınlığında baş vermiş qətllə bağlı məlumat yayıb

8 Sentyabr 2015 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

DİN Abşeronda polis postu yaxınlığında törədilən qətllə bağlı məlumat yayıb.

Sentyabrın 7-də saat 10 radələrində Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri (boğma və döyülmə üçün xarakterik) olan 25-30 yaşlı kişi meyiti tapılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Abşeron Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Mediainfo.az