3.500 km-ə yüksələn lavalardan qaçış

3.500 km-ə yüksələn lavalardan qaçış

18 İyul 2011 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyanın Sulavesi adasında olan və keçən həftə oyanan Lokon vulkanı dünən ən böyük partlayışını gerçəkləşdirdi. Lokon səhər saatlarında lavasını 3.500 km yüksəkliyə püskürdü. Dağa yaxın 5 min nəfər evakuasiya edildi. 33 min nəfər isə səksəkə içində yaşamaqdadır. Partlayışdan zərər görənlər məscid, məktəb kimi binalara yerləşdirildi. Səlahiyyətlilər yerli sakinlərin heyvanlarına sahib çıxmaq istədiklərini, lakin hələ ki, təhlükəsizliyin sovuşmadığını və bir müddət sığınacaqlarda qalmalarının lazım gəldiyini açıqladılar.

Təbii fəlakətlərin nəticələrini təbii qəbul etmək lazımdır.

Günel Həbib

O.M.