Goranboyda ölümlə nəticələnən yol qəzası

Goranboyda ölümlə nəticələnən yol qəzası

7 Sentyabr 2015 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Qazax magistral yolunda qəza baş verib. Hadisə bu gün saat 15.00 radələrində magistral yolun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "BMV" markalı avtomobillə "Mercedes Sprinter" markalı mikroavtobusun toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və orada vəfat edib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Mediainfo.az