“VAZ 2107” ilə qadını vurub qaçdı

“VAZ 2107” ilə qadını vurub qaçdı

7 Sentyabr 2015 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, sentyabrın 6-da saat 02 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Səmayə Bayramova vurulub. Piyada xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "VAZ-2107" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Seyran Vəliyev saxlanılıb.

Mediainfo.az