Xaçmazda 25 yaşlı qadın itkin düşüb - FOTO

Xaçmazda 25 yaşlı qadın itkin düşüb - FOTO

7 Sentyabr 2015 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz rayonunda 25 yaşlı qadın itkin düşüb. Apa -nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Qaraceg-zeyid kənd sakini Əliyeva Təranə Gülbala qızı bu il iyul ayının 23-ü tarixində evdən çıxıb və bir daha geri qayıtmayıb. Aparılan ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxsi tapmaq mümkün olmayıb. Onun boyu 1.57, normal bədən quruluşlu, saçları şabalıdı, gözləri qəhvəyi rəngdədir. Xüsusi əlaməti yoxdur.

Evdən çıxarkən özü ilə şəxsiyyət vəsiqəsini də götürüb.

Bu şəxs barəsində hər hansı məlumatı olan şəxslərdən Xaçmaz Rayon Polis Şöbəsinə (023) 325-53-56, (055) 418-68-16 nömrəli telefonlara zəng vuruaraq məlumat vermələri xahiş olunur.

Mediainfo.az