
Lənkəranda ağır yol qəzası
DİN Lənkəranda baş vermiş yol qəzası barədə məlumat yayıb.
Apa-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 17 radələrində Lənkəran rayonunun Gərmətük qəsəbəsində rayon sakinləri Fail Hüseynovun idarə etdiyi "Mercedes" və Hidayət Məmmədovun idarə etdiyi "VAZ-21053" markalı avtomobillər toqquşub. Nəticədə H.Məmmədov və azyaşlı nəvəsi Zeynəb Məmmədova xəstəxanaya yerləşdirilib, H.Məmmədov orada ölüb.
Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər