
Fosfat turşusundan zəhərləndi
Salyan rayonunda zəhərlənmə faktı qeydə alınıb.
Apa-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, rayonun Yolüstü kənd sakini, 1986-cı il təvəllüdlü Rəhimov Elşən Elxan oğlu fosfat turşusu içib. E. Rəhimov kimyəvi zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Hadisənin intihara cəhd olub-olmadığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər