Düşmən ordusunun 3 hərbi qulluqçusu qəzada ölüb

Düşmən ordusunun 3 hərbi qulluqçusu qəzada ölüb

7 Sentyabr 2015 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan ordusunun 3 hərbi qulluqçusu yol-nəqliyyat hadisəsi zamanı ölüb.

Hadisə sentyabrın 5-də, gecə saatlarında Martuni-Vardenis şosesində baş verib.

"Mercedes" markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində ümumilikdə 5 nəfər ciddi xəsarət alıb. Onları Vardenis şəhərində yerləşən hərbi qarnizonun hospitalına çatdırsalar da, 3-nün həyatını xilas etmək mümkün olmayıb, 2 hərbi qulluqçunun vəziyyəti isə ağırdır.

Mediainfo.az