Havamızın hərarəti yüksələcək

Havamızın hərarəti yüksələcək

18 İyul 2011 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Həftənin ilk günlərində ölkə ərazisində isti hava şəraiti müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında az buludlu, yağmursuz hava gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37°, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27° isti olacaq.

İyulun 20-də də dəyişkən buludlu, yağmursuz hava proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38° isti olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava fonunda yüksək temperatur güclü isti diskomfort şərait yaratmaqla meteohəssas insanlar üçün əlverişsizdir. Günün qızmar vaxtı uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Azərbaycanın rayonlarında iyulun 19-da əsasən yağmursuz hava gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti təşkil edəcək.

İyulun 20-də gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.

Havanın necə olmasından asılı olmayaraq, sizə aydın səma arzulayırııq.

Günel Həbib

O.M.