Göyçayda iki uşaq anası su quyusunda boğulub

Göyçayda iki uşaq anası su quyusunda boğulub

4 Sentyabr 2015 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saat 9:50 radələrində Göyçayın Məlikkənd kənd sakini, 1987-ci il təvəllüdlü İbadova Ruhiyə Mustafa qızı yaşadığı evin həyətindən quyudan vedrə ilə su götürərkən su quyusuna düşüb. Köməksiz vəziyyətdə quyuda qalan iki uşaq anası suda boğularaq ölüb. İlkin ehtimala görə, qadın suya düşərkən onu quyunun üzərində quraşdırılan suçəkən motordakı elektrik cərəyanı vurub.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mediainfo.az