Kanadada festival zamanı səhnə uçdu

Kanadada festival zamanı səhnə uçdu

18 İyul 2011 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Kanadanın paytaxtı Ottavada açıq havada keçirilən Blyuz Festivalında əsas səhnə uçub. Hadisə "Cheap Trick" qrupunun konserti zamanı baş verib. Səhnənin uçmasına ildırım çaxması səbəb olub. Qrupun üzvləri səhnədən təhlükəsiz yerə enə biliblər, konsertə tamaşa edən minlərlə adam isə canını qurtarmaq üçün təşvişlə ətrafa qaçıb. 1-i ağır olmaqla, 5 nəfərin yaralandığı bildirilir. Festivala toplaşanlar yaxınlıqdakı Hərbi muzeyə sığınıblar. Qeyd edək ki, Şimali Amerikanın əsas musiqi tədbirlərindən olan "Bluesfest"dən əvvəl Ottavada gücü saatda 90 kilometrə çatan qasırğa və şimşək çaxması proqnozlaşdırılmışdı.

Onlar konsert vermək istəyirdilər, təbiət onlara "konsert" verdi.

Tofiq Əliyev

O.M.