Keçmiş nazir müavininin məhkəməsi başlayıb

Keçmiş nazir müavininin məhkəməsi başlayıb

3 Sentyabr 2015 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Hakim Zeynal Ağayevin sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsin vəkili Ağaveyis Şahverdi vəsatətlə çıxış edərək cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi sentyabrın 10-dək təxirə salınıb.

Qeyd edək ki, M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilir.

M. Səlimov 1995-99-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.

Mediainfo.az