Dağıstanda partlayış törədilib

Dağıstanda partlayış törədilib

18 İyul 2011 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Dağıstanın Kaspiysk rayonunda partlayış baş verib. Yol kənarına qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində gecə patrulu xidmətinin 2 əməkdaşı ölüb. Daha 2 polis və 1 mülki şəxs isə yaralanıb. Partlayışın gücü 3-4 kiloqram trotil ekvivalentinə bərabər olub. Partlayış nəticəsində nazirliyin avtomaşınına və magistral qaz borusuna ziyan dəyib. Hadisə yerində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, araşdırma aparılır. Faktla bağlı cinayət işi açılıb.

Terrorçular öldürülsə də terroru öldürmək olmur.

Tofiq Əliyev

O.M.