Qəzada 3 nəfər xəsarət aldı - FOTO

Qəzada 3 nəfər xəsarət aldı - FOTO

3 Sentyabr 2015 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün günorta saatlarında Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Apa-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun 12-ci kilometrliyində, Zərdabi kəndi ərazisində keçən hissəsində qeyd alınıb. "VAZ 21011" markalı nəqliyyat vasitəsilə "VAZ 21015" markalı maşın toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Mediainfo.az