
Pirallahı qəsəbəsində mənzildən qadın meyiti tapılıb
Pirallahı rayonunun Ə. Əlizadə küçəsi ev 28, mənzil 4 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1963-cü il təvəllüdlü Rəna Ağayevanın meyiti yaşadığı evdə aşkar edilib. İlkin müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər