Türkiyədə mühacirlərin qayığı batdı
Türkiyənin Muğla vilayətinin Bodrum rayonundan yunan adalarına keçmək istəyən mühacirlərin iki qayığı batıb.
Məlumata görə, suriyalı olduqları ehtimal edilən 11 nəfər boğulub. Qayığın hər birində 16 mühacir olub. İlkin məlumatlara əsasən hər qayıqdan 7 nəfər boğulub.
4 nəfərin xilas edildiyi, 7 nəfərin isə itkin olduğu bildirilir. Axtarışlar davam edir.
Mediainfo.az
Digər xəbərlər