Kişilər, ehtiyatlı olun, köpək balığı sizdən xoşlanır!
Amerikada fəaliyyət göstərən Köpək balığı Hücumları Araşdırma Mərkəzinin hesabatı maraqlı məlumatları su üzünə çıxartdı. 1580-ci ildən bu yana köpək balığı hücumlarının arxiv sənədləri nəzərdən keçirildiyində böyük, bəyaz balığın ovladığı insanların 93 faizi kişi çıxdı. Mütəxəssislər bunu su idmanı ilə əksərən kişilərin məşğul olması ilə izah edirlər. Araşdırmadan çıxan başqa maraqlı nəticə isə hücuma məruz qalanların 95 faizinin bəyaz dərili kişilərin olmasıdır. Bu vəziyyət də dənizdə ən çox xəsarət alanların "ağlar" olmasının bir sübutu kimi göstərilir.
Təəssüf ki, Xəzərdə köpək balığı olmur. O qədər "yeyiləsi" adamlar var ki...
Günel Həbib
O.M.
Digər xəbərlər