Kanada qoşunları Əfqanıstanı tərk edir

Kanada qoşunları Əfqanıstanı tərk edir

18 İyul 2011 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün daha 200 Kanada əsgəri Əfqanıstanın Qəndahar əyalətini tərk edib. Bu, iyul ayında Əfqanıstandan vətənə qayıtmalı olan 2850 nəfərlik Kanada qoşununun kiçik bir hissəsidir. Əfqanıstanı tərk etməyərək, əfqan ordusuna və polisinə qeyri-döyüş təlimləri keçmək üçün ölkədə qalacaq Kanada hərbçilərinin sayı isə 950 nəfər olacaq. Qeyd edək ki, Kanada Əfqanıstanda ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və İtaliyadan sonra ən böyük qoşuna malik 6-cı ölkədir. 2002-ci ildən etibarən Kanada missiyası 157 əsgərini itirib.

"Veni, Vidi, Vici".

Tofiq Əliyev

O.M.