
Qubada 41 yaşlı kişi döyülüb
Quba rayonunda döyülmə faktı qeydə alınıb. Apa-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xucbala kəndində qeydə alınıb. Kənd sakini 1974-cü il təvəllüdlü Abdullayev Vasif Abdulla oğlu döyülüb. O, Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. V.Abdullayevə qapalı kəllə-beyin travması qoyulub, vəziyyəti orta-stabildir.
Hadisənin detalları Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.
Mediainfo.az
Digər xəbərlər