3 milyon nəfər 8 gün içində palçıqda qalacaq
Cənubi Koreyanın Boryeoqn şəhərinin Daeçon plyajında düzənlənən 14-cü Ənənəvi Palçıq Festivalı bir-birindən "kirli" görüntülərə səhnə olur. 16-24 iyul tarixləri arasında təşkil olunan və artıq adət halını almış festival yüz minlərlə turisti bölgəyə cəlb edir. 3 milyondan atıq insanın seyr etdiyi festivalda iştirak etmək istəyənlər 8 gün gündüz-gecə palçıqda qalacaqlar. Palçıq güləşi, palçıqda sürüşmə, palçıq kralı kimi yarışlarla rənglənən festivalın ən önəmli hissəsi təbii ki, palçıq döyüşünün keçirildiyi gün olacaq. Təşkilatçılar gecələr küçə partiləri və fişənglərlə sakinləri sevindirirlər.
Biz də palçıq içindəyik. Yorucu işdən, gündəlik qayğılardan, pulsuzluqdan itib batmışıq...
Günel Həbib
O.M.
Digər xəbərlər