Narkobağban tutuldu

Narkobağban tutuldu

1 Sentyabr 2015 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonunda narkotiklərlə bağlı xüsusi əməliyyat keçirilib.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini Rahid Quliyev həbs edilib.

Onun Quba rayonunun Ləyər Qışlaq kəndində kultivasiya yolu ilə yetişdirdiyi 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Onun üzərinə baxış zamanı isə əlavə olaraq 2 qram marixuana da götürülüb.

Mediainfo.az