Ermənilər Tərtərdə toy mağarını atəşə tutub: 3 nəfər yaralanıb

Ermənilər Tərtərdə toy mağarını atəşə tutub: 3 nəfər yaralanıb

1 Sentyabr 2015 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Tərtər rayonunda Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində 3 nəfər yaralanıb.

"Report"un xəbərinə görə, hadisə rayonun təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində baş verib.

Belə ki, kənd sakini Barat Süleymanovun övladının kicik toy mərasimi zamanı ermənilər toy mağarını atəşə tutub. Hadisə nəticəsində toyda iştirak edən Müşkünaz Əliyeva və Mədinə Tanrıverdiyeva bacıları və 3 yaşlı Zəhra Əlizadə güllə yarası alıb.

Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Mediainfo.az