İranda cinsi təhsil DVD-si rekordla satılır

İranda cinsi təhsil DVD-si rekordla satılır

18 İyul 2011 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

İranda bu yay apteklərdə ən çox satılan məhsul aspirin və ya vitamin deyil, İran İslam Respublikasında ilk dəfə satışa çıxan intim münasibətlər DVD-sidir. Yerli və ya əcnəbi filmlərin intim hissələrinin senzura edildiyi İranda hər hansı bir çılpaqlıq, romantika, söyüş yasaqdır. Küçələrdə isə əxlaq polisi gəncləri bir-birindən ayırır və ya həbs edir. Belə bir vəziyyətdə "Sevgili həyat yoldaşım" adlı DVD-nin həm Səhiyyə, həm Mədəniyyət, həm də İslami rəhbərlikdən izn alınaraq, satışa çıxarılması təəccübləndirdi. Filmin prodüseri Məhəmməd Rza Əlizadə , "Cinsi təhsil ölkədə 0 səviyyəsindədir. Kimsə bizə filmi satışa çıxarmaq üçün icazə vermək istəmirdi. Səhiyyə və Mədəniyyət Nazirliklərindən dəstək almağa çalışdıq, amma olmadı. Sonda DVD-ni öz cibimdən maliyyələşdirmək qərarına gəldim", - dedi.

Təsəvvür eləmək olar, bu DVD-nin ilk tamaşaçıları kimlərdir...

Günel Həbib

O.M.