 
    
    Azyaşlı mürəbbə qazanına düşərək yanıb
Tovuzda 1 yaşlı qız yanıb.
Apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb. Kənd sakini, 2014-cü il təvəllüdlü Zəhra Sərxan qızı Abdiyeva bədən səthinin 50 faizinin 2-ci dərəcəli yanığı və yanıq şoku əlamətləri ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Uşağın vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, azyaşlı ehtiyatsızlıqdan evdə mürəbbə qazanına düşüb və yanıb.
Mediainfo.az
                Digər xəbərlər
            
                             
                             
                             
                            











 
     
    


















































































