Bu ildən orta və ali məktəblərdə tədris ili artacaq

Bu ildən orta və ali məktəblərdə tədris ili artacaq

1 Sentyabr 2015 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ildən orta və ali məktəblərdə tədris ili artacaq.

Bunu APA TV-nin "Səhər zəngi" proqramında qonaq olan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, yeni tədris ilindən başlayaraq şagird və tələbələr iki həftə çox tədris alacaq. Bu ildən etibarən tədris ili mayın 31-i deyil, iyunun 14-də başa çatacaq. Bunu etməkdə əsas məqsəd tədris yükünün azaldılması və şagird, tələbələrin öz üzərində işləməsi üçün daha çox vaxta sahib olmalarıdır.

Mediainfo.az