Yevlaxda 22 yaşlı oğlan su kanalında batıb

Yevlaxda 22 yaşlı oğlan su kanalında batıb

31 Avqust 2015 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlax rayonunda 22 yaşlı oğlan su kanalında boğulub.

Apa-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 30.08.2015-ci il tarixdə Yuxarı Qarabağ kanalının Yevlax rayonu ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 22 km aralı, nəzarətsiz ərazidə) 1993-cü il təvəllüdlü Yusubov Elnur İlham oğlu batıb. Hadisə yerinə cəlb edilən xilasedicilər E.Yusubovun cəsədini batdığı yerdən 900 metr aralıdan taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Mediainfo.az