İbad Hüseynovun şərəfinə Türkiyədə park açıldı - FOTO
Dünən Türkiyənin Qaziantep şəhərində Azərbaycan tarixi üçün böyük açılış olub. Belə ki, İbad Hüseynovun şərəfinə parkın açılışı olub.
Qeyd edək ki, açılışda Türkiyənin tanınmış ziyalıları ilə yanaşı Azərbaycandan da nümayəndələr iştirak ediblər.
Lentkəsmə mərasimində səbəbkarı dəstəkləyənlərdən biri də millət vəkili Etibar Hüseynov olub.
Xatırladaq ki, İ.Hüseynov Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri. Azərbaycan Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun qardaşıdır. O, əsasən 1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu Monte Melkonyanı Xocavənddə başını kəsərək öldürmə iddiası ilə məşhurdur. Haqqında 2010-cu ildə "Əsgər" sənədli film çəkilib.
P.S. Fotoya görə millət vəkili Etibar Hüseynova təşəkkürümüzü bildiririk.
Mediainfo.az
































































































