Narkotiklə tutulana hökm oxunub

Narkotiklə tutulana hökm oxunub

28 Avqust 2015 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz saxlanmasında təqsirləndirilən Habil Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə H. Əsgərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən Habil Əsgərovun yaşadığı evin həyətindən hər birinin çəkisi 35 qram olan 22 ədəd çətənə kolu, evdən isə 5 kiloqram 167 qram marixuana aşkar edilərək götürülüb. Araşdırmalar zamanı həmin evin H. Əsgərova məxsus olmadığı, onun həmin evdə qarovulçu işlədiyi, evin sahibinin Ramiz Xəlilov olduğu müəyyənləşib.

Mediainfo.az