Rauf Mirqədirov Müalicə Müəssisəsinə köçürüldü

Rauf Mirqədirov Müalicə Müəssisəsinə köçürüldü

28 Avqust 2015 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Həbsdə olan jurnalist Rauf Mirqədirov ƏN Penitensiar xidmətin müalicə müəssisəsinə köçürülüb.

Bu barədə məlumat verən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bildirib ki, MTN-nin İstintaq təcridxanasında saxlanılan R. Mirqədirov müalicə və müayinə məqsədi ilə bir neçə gün əvvəl Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb: "Müalicəsi başa çatdıqdan sonra yenidən istintaq təcridxanasına qaytarılacaq".

Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Mediainfo.az