İtaliyada etiraz aksiyası keçirilir
Romada hökumətin 2014-cü ilədək 70 milyard avroluq sərt təbirlər planına etiraz edən yüzlərlə adam parlamentin binası qarşısında toplaşıb. Dövlət sektorunda çalışanlar, təqaüdçülər və adi vətəndaşlar planın qəbuluna etirazlarını nümayiş etdiriblər. İtaliya hökumətinin iyunun 30-da təqdim etdiyi sərt iqtisadi tədbirlər planı bu gün parlamentin aşağı palatasında səsə qoyulacaq. Hökumətin büdcə xərclərinin azaldılması planı ötən gün Senatda qəbul olunub. Planın bu gün aşağı palatada da qəbul olunacağı gözlənilir. Avrozonada iqtisadiyyatının həcminə görə üçüncü sayılan İtaliya borc böhranı təhlükəsi ilə üzləşib. Fövqəladə tədbirlər bu təhlükənin qarşısını almaq məqsədi daşıyır.
Yaşayış səviyyəsinin düşməsi əhalinin ayağa qaldırdı.
Tofiq Əliyev
O.M.