DİN Tovuzda azyaşlı qızın ölümü ilə bağlı məlumat yayıb

DİN Tovuzda azyaşlı qızın ölümü ilə bağlı məlumat yayıb

15 İyul 2011 17:16
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi Tovuzda erməni xüsusi xidmət orqanları əməkdaşlarının qurbanı olan azyaşlı qızın ölümü ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, iyulun 14-də saat 15.30 radələrində Tovuz rayonunun Yuxarı Mülkülü kənd sakini, 16 yaşlı Elsevər Cəfərov və onlarda qonaq olan 12 yaslı Aygün Şahmalıyeva Tovuz çayının kənarından tapdıqları oyuncağı evə gətiriblər. Oyuncaq sonradan evdə partlayıb. Nəticədə Aygün hadisə yerində ölüb, anası Elnarə isə ayaqlarından xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, partlayıcı qurğu quraşdırılmış itə bənzər uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub. Onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb. Faktla bağlı Tovuz rayon prokurorluğu araşdırma aparır.

Erməninin hazırladığı oyuncaq da təhlükəlidir.

Tofiq Əliyev

O.M.