Anar Məmmədlinin kassasiya şikayəti təmin edilməyib
Ali Məhkəmədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədli və digərlərinin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmə şikayəti təmin etməyib. Onların barələrində Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədli 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay, Bəşir Süleymanlı 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və sonuncu məhkəmə zalında həbs edilib. Məhkəmə digər təqsirləndirilən Elnur Məmmədov barəsində 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirsə də, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və 2 il müddətinə şərti cəza ilə əvəzlənib. Hökmdən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb. Onu da qeyd edək ki, B. Süleymanlı prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
Mediainfo.az







































.jpg)

.jpg)




.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)












































