Piyada yol qəzasının qurbanı oldu

Piyada yol qəzasının qurbanı oldu

26 Avqust 2015 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabadda 55 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Avqustun 25-də axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistral yolunda Sabirabad rayonunun Xəlifəli kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sabirabad rayon Xəlifəli kənd sakini 1960-cı il təvəllüdlü Heydərov Mustafa Əkbər oğlu yolu keçərkən hərəkətdə olan "Qazel" markalı avtomobillə vurulub. Ağır bədən xəsarətləri alan M.Əkbərov Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az