Həftə sonu sizi necə hava gözləyir?
Bakıda və Abşeron yarımadasında iyulun 16-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimalı var, şimal-şərq küləyi əsəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib.
Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 33-37 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Yaxın 3 gün ərzində Abşeron yarımadasında temperatur rejiminin iqlim norması daxilində tərəddüdü, mülayim şərq küləklərinin üstünlüyü gözlənilir. Respublikanın rayonlarında isə əsasən gecə və axşam yağmurlu keçəcəyi proqnozlaşdırılır.
Günel Həbib
O.M.