Maştağada 13 yaşlı qız qaçırıldı

Maştağada 13 yaşlı qız qaçırıldı

25 Avqust 2015 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda həddi-buluğa çatmayan 13 yaşlı qız qaçırılıb. Apa-nın məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Orada yaşayan 2002-ci il təvəllüdlü adı açıqlanmayan şəxs "VAZ-2107" markalı avtomobillə qaçırılıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən faktı təsdiqləyiblər. Bildirilib ki, bu barədə polisə qaçırılan qızın anası məlumat verib. Anası polisə verdiyi şikayət ərazisində 13 yaşlı qızının evlənmək məqsədi ilə qaçırıldığını və hüquq-mühafizə orqanlarından qızın tapılaraq evinə qaytarılmasında yardımçı olmalarını xahiş edib.

Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.

Mediainfo.az