Tovuzda evi qarət etdilər

Tovuzda evi qarət etdilər

24 Avqust 2015 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz rayonunda evdən oğurluq edilib.

Oğurluq hadisəsi rayonun Abulbəyli kəndində qeydə alınıb.

Kənd sakini Şəlalə İsmayılova avqustun 1-dən 20-dək olan müddətdə evində olmayıb. Avqustun 20-də evinə gələn Şəlalə İsmayılova evinin qarət edildiyini görüb. O, Tovuz Rayon Polis Şöbəsinə müraciət edərək evindən 1625 manat, qızıl və məişət əşyaları oğurlandığını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş kənd sakini Orxan Sadıqov tutulub.

Mediainfo.az