Ukraynada azərbaycanlı iş adamı güllələnib
Zərdab rayon sakini Ukraynada güllələnib. APA-nın Aran bürosunun xəbərinə görə, hadisə dünən Donetsk şəhərində baş verib. Rayonun Məmmədqasımlı kəndində anadan olan 45 yaşlı Həmidov Salman Abduləziz oğlu 3 güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, Salman Həmidov uzun müddətdir ki, ailəsi ilə birgə Ukraynada yaşayır. Onun iş adamı olduğu bildirilir. Qeyd edək ki, iyulun 13-də Ukraynanın Donetsk şəhərində Zərdab rayonunun Məmmədqasımlı kənd sakini Abdullayev Kamal Abdulla oğlu qətlə yetirilib.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər