
Qatil timsah "həbs" olunacaq
Filippinin paytaxtı Manilada bir balıqçını öldürməkdə günahlandırılan nəhəng timsahın üzərində araşdırma aparılır. Rio-Tuba çayından canlı tutulan 4.2 metr uzunluqda, 400 kq ağırlıqdakı timsah əvvəlcə qusdurulacaq. Onun mədəsində insan qalığının olub-olmadığı yoxlanılacaq. Əgər balıqçını yediyi sübut edilərsə, o zaman o həbsə "məhkum" ediləcək. O, timsah fermasında ömrü boyu nəzarət altında tutulacaq.
Yediyi burnundan gələcək.
Günel Həbib
O.M.
Digər xəbərlər