Pentaqonun şəbəkələrinə kiberhücum

Pentaqonun şəbəkələrinə kiberhücum

15 İyul 2011 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Pentaqon kompüter şəbəkələrinə irimiqyaslı kiberhücumlar faktını təsdiq edib. Cinayətkarlar kiberhücumlar nəticəsində minlərlə sənədi oğurlayıblar. Pentaqonun kompüter şəbəkəsinə hücumu xarici dövlətin rəhbərliyi təşkil edib. ABŞ müdafiə nazirinin müavini Uilyam Linn bu bəyanatla çıxış edib. Ancaq o, konkret dövlətin adını çəkməyib. Uilyam Linnin sözlərinə görə bu ilin martında Pentaqonun şəbəkələrindən 24 minədək fayl itib. Bu arada ABŞ-ın müdafiə nazirliyi kiberhücumlardan müdafiə sahəsində müttəfiq ölkələrlə strateji əməkdaşlıq planını açıqlayıb. Hücumlara qarşı mübarizə vasitəsi "cavab hücum əməliyyatları" deyil, kiberhücumlardan müdafiə üçün müdafiə potensialının gücləndirilməsindən ibarət olacaq.

Tofiq Əliyev

O.M.