Qadın ilan sancmasından öldü

Qadın ilan sancmasından öldü

21 Avqust 2015 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevirdə qadın ilan sancmasından vəfat edib. Məlumata görə, Mingəçevir sakini, şəhərin Samux küçəsi mənzil 8-də yaşayan 28 yaşlı Səyalə Sergey qızı Quliyevanı ilan sancıb və o Mingəçevir Şəhər Xəstəxanasına gətirilib.

Vəziyyəti ağır olan Səyalə Quliyevanı xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. İlan 1987-ci il təvəllüdlü S.Quliyevanı yatdığı vəziyyətdə sancıb.

Mediainfo.az