Sahil qəsəbəsində ağır qəza

Sahil qəsəbəsində ağır qəza

21 Avqust 2015 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Belə ki, avqustun 20-də saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində Bakı şəhər sakini Elşən İbarahimov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.

Mediainfo.az