Nəsli tükənmək üzrə olan meymun əkiz dünyaya gətirdi
Çinin Honq-Konq şəhərindəki zooparkın simvollarından olan 15 yaşlı Raba adlı meymun əkiz dünyaya gətirdi. Bu hadisə heyvansevərləri sevincə boğdu. Hələ ki, adları olmayan əkizlərdən biri dişi, digəri isə erkəkdir. Xüsusi baxıcılar tərəfindən pampers taxılan və əmziklə bəslənən meymunların səhhətində problem yoxdur. "Borneo" cinsli meymunların nəsli tükənmək təhlükəsi ilə üz-üzə qaldığına görə bu əkizlərin dünyaya gəlməsi böyük önəm daşıyır.
Nəsli kəsilənlərin nəsli çoxaldı.
Günel Həbib
O.M.
Digər xəbərlər