İtkin düşən balıqçılar 9 gündən sonra sahilə çıxıblar

İtkin düşən balıqçılar 9 gündən sonra sahilə çıxıblar

20 Avqust 2015 17:50
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 10-da balıq ovu üçün Pirallahıdan Xəzər dənizinə çıxmış Neftçala rayon sakini olan balıqçılar avqustun 19-da gecə evlərinə qayıdıblar.

Bu barədə Neftçala bələdiyyəsinin sədri Aydın Aslanov məlumat verib.

A. Aslanov deyib ki, motorlu qayığın akkumulyatoru sıradan çıxdığı üçün 4 balıqçı 9 gün açıq dənizdə qalıb: "Xəzərdə itkin düşən balıqçılar 9 gün sonra başqa bir balıqçı gəmisindəki balıqçıların yardımı ilə akkumulyatoru təmir edərək sahilə çıxıblar".

A. Aslanov 9 gün ərzində balıqçıların ehtiyat üçün götürdükləri ərzaq və su ilə qidalandıqlarını da söyləyib: "Balıqçılar həmişə pis günlərini fikirləşdikləri üçün ehtiyat azuqə götürürlər".

Mediainfo.az