Belçika da İslam ənənəsini tapdaladı

Belçika da İslam ənənəsini tapdaladı

15 İyul 2011 16:29
Bəyəndim (0) Bəyənmədim (0)

Belçika Avropada Fransanın ardından örtüyü yasaqlayan ikinci ölkə oldu. Ölkənin rəsmi qəzetləri aprel ayında parlament tərəfindən qəbul edilən bu qanunun 27 iyuldan etibarən qüvvəyə minəcəyini bildirdilər. Qanuna görə, ictimai yerlərdə üzləri yarı və ya tam qapalı olanlar 137.5 avro cərimələnəcək və 7 günə qədər həbs cəzasına məhkum ediləcəklər. Belçikada əksəriyyət Cənubi Afrika köklü 270 qadının örtükdən istifadə etdiyi bilinir. Xatırladaq ki, Fransa Avropada 11 apreldə örtüyü qaldıran ilk ölkə olmuşdu. Analoji yenilik Hollandiyada da gözlənilir.

Günel Həbib

O.M.