İran yapon kranlarını edam mərasimləri üçün alır

İran yapon kranlarını edam mərasimləri üçün alır

15 İyul 2011 11:24
1 034
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya İrana qarşı etirazını bildirib. Tərəflər arasında yaranan narazılığa səbəb İranın Yaponiya şirkətindən aldığı qaldırıcı kranları ictimai edamlarda istifadə etməsi olub. "Nüvəli İrana qarşı Birlik" təşkilatının rəhbəri Mark Uolles "Los Angeles Times" qəzetində İranla bağlı məqalə yerləşdirib. Məqalədə yazılıb ki, Yaponiyanın "Tadano" şirkəti İrana qaldırıcı kran tədarük edən firmalardan biridir və İslam ölkəsi vətəndaşlarını asmaq üçün bu kranlardan istifadə edir. Məhz bu səbəbə görə Yaponiya İranla hər hansı bir əlaqə qurmaqdan imtina edir. Qeyd edək ki, İranda qaldırıcı kranlar vasitəsi ilə insanların edam edilməsi adi haldır. İran edam edilən şəxsin meyitini uzun müddət kranda asılı vəziyyətdə saxlayır və bununla da insanlarda xof yaratmağa çalışır.

Tanrının verdiyi canı yalnız Tanrı ala bilər. Əks halda bu ilk öncə ən böyük günahdır.

Tofiq Əliyev

O.M.