Avtomobillə vurulan piyada ölüb

Avtomobillə vurulan piyada ölüb

20 Avqust 2015 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qarabucaq kəndində qeydə alınıb. Elyar İsgəndərov idarə etdiyi "Ford" markalı avtomobillə yolun kənarında dayanmış Bakı şəhər sakini Asif Əhmədovu vurub. Nəticədə A. Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Mediainfo.az