Sərinkeşlə oynayan uşaqları cərəyan vurub öldürüb
Şəmkirin Seyfəli kəndində fərdi yaşayış evlərindən birində 4 yaşlı Qafqaz Zeynalov və 3 yaşlı Valeh Qasımov işlək vəziyyətdə olan sərinkeşlə oynayıblar. Bu zaman azyaşlılardan biri elektrik keçiriciliyi olan əşyanı razetkaya soxub və onu cərəyan vurub. Dərhal həmin azyaşlıyan toxunan digər uşağı da cərəyan vurub və onlar hadisə yerində ölüb.
Bildirilir ki, dəhşətli hadisə nəticəsində ölən uşaqlar bibioğlu-dayıoğlu olublar.
Mediainfo.az
Digər xəbərlər
































































































