Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib

20 Avqust 2015 12:18
Bəyəndim (0) Bəyənmədim (0)

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib.

NİİM-in baş direktoru vəzifəsinə Rüfət İmanov gətirilib. Bu təyinata qədər R. İmanov NİİM-in İnnovativ inkişaf və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi olub.

Xatırladaq ki, bir müddət əvvəl NİİM-in baş direktoru Elnur Abdullayev tutduğu vəzifədən azad olunaraq, nəqliyyat naziri Ziya Məmmədovun 3 avqust 2015-ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Mediainfo.az